"Neftçi"nin kapitanının yeni klubu

"Neftçi"nin kapitanının yeni klubu
Futbol, Eksklüziv
09 İyun 2019 - 15:17
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi"nin kapitanı Ruslan Abışov karyerasını "Sabah"da davam etdirə bilər.

Baş məşqçi Roberto Bordin uzun müddət zədəli olduğu üçün ötən mövsüm əksər oyunları buraxan 32 yaşlı mərkəz müdafiəçini komandasında görmək istəmir.

"Neftçi"nin heyətində Mamadu Mbodj, Kiril Petrov və Anton Krivotsyuk kimi mərkəz müdafiəçiləri olsa da, paytaxt təmsilçisi son olaraq "Qəbələ"dən Vojislav Stankoviçi gətirib.

Ruslan Abışovun hazırkı komandasıyla 1 il müqaviləsi qalsa belə "Sabah"dan sərfəli təklif alan təcrübəli futbolçu, 2 illik kontrakt imzalamaq fikrindədir.

Digər xəbərlər