Portuqaliya yığması Avropa çempionatının final mərhələsində

Portuqaliya yığması Avropa çempionatının final mərhələsində
Futbol
10 İyun 2019 - 00:35
Bu gün UEFA Millətlər Liqasının qalibi məlum olub.



Superpsort.Az xəbər verir ki, "dördlər finalı"nın həlledici matçında A divizionunun qrup qalibləri - Portuqaliya və Niderland millisi qarşılaşıb. Qonsalo Qedeşin 60-cı dəqiqədə vurduğu qol portuqaliyalılara qələbə qazandırıb. Turnirin qalibi Portuqaliya seçməsi eyni zamanda gələn il keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Bu matçdan əvvəl - saat 17:00-da isə üçüncülük uğrunda İsveçrə - İngiltərə oyunu keçirilib. Əsas və əlavə vaxtı qolsuz başa çatan matçın penaltilər seriyasında daha dəqiq oynayan britaniyalılar turnirin bürünc medalını qazanıblar.

Hər dörd komanda A divizionunda qrup qalibi olub.

9 iyun

UEFA Millətlər Liqası


Final

22:45. Portuqaliya - Niderland - 1:0


Qol: Q.Qedeş, 60

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

3-cü yer uğrunda görüş

17:00. İsveçrə - İngiltərə - 0:0 (Penaltilər seriyasında - 5:6)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)



 

Digər xəbərlər