Didye Deşam: "Türkiyə Fransaya sillə vurdu"

Didye Deşam: "Türkiyə Fransaya sillə vurdu"
Futbol
09 İyun 2019 - 12:01
Supersport.Az-ın məlumatına görə, Avro-2020-nin seçmə mərhələsində Türkiyəyə uduzduqları (0:2) oyundan sonra Fransa millisinin baş məşqçisi Didye Deşam məğlubiyyətin səbəbini açıqlayıb.

"Bütün komanda bu cür səviyyədə oyun göstərirsə, müsbət nəticə qazanmaq mümkün deyil.  Türkiyə keyfiyyətli oyunu ilə qələbə qazandı. Fransanın bir oyunu qol vurmaması nadir halda olur. Dünya çempionu olub-olmamağından asılı olmayaraq hər zaman yüksək səviyyəli oyun nümayiş etdirməlisən. Əks halda cəzalanacaqsan. Türkiyə Fransa sillə vurdu. Deməyə başqa sözüm yoxdur. Türkiyə millisini təbrik edirəm. Burada bir oyunçu özünü çox yaxşı göstərdi: Burak Yılmaz. Oyunun qurulması və komanda yoldaşlarının qarşılaşmada iştirakıyla möhtəşəm səviyyə ortaya qoydu.

Biz özümüzə gəlməliyik".

 

Digər xəbərlər