"Neftçi"dən ilk transfer

"Neftçi"dən ilk transfer
Futbol
04 İyun 2019 - 20:50
"Neftçi" mövsümlərarası dönəmdə ilk transferini həyata keçirib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, serbiyalı futbolçu Voislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlanıb. 31 yaşlı müdafiəçi komandanın heyətində 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu "Qəbələ" (2015-2019) olan Stankoviç Serbiyanın "Dinamo" (Vranye, 2006-2008), OFK (2008-2009), "Partizan" (2009-2015) və Azərbaycanın "İnter" (2015-2016) komandalarında çıxış edib. Serbiya çempionatının (2010, 2011, 2012, 2013), kubokunun (2011) və Azərbaycan kubokunun (2019) qalibi olan futbolçu 2010-cu ildə Serbiya milli komandasında 1 oyun keçirib.

Digər xəbərlər