Rövnəq Abdullayevin millidən tələbi: "Bu müharibələrdə bizi sevindirin" - Video

Rövnəq Abdullayevin millidən tələbi: "Bu müharibələrdə bizi sevindirin" - Video
Futbol, Video
04 İyun 2019 - 13:09
Avro-2020-nin seçmə oyunlarında Macarıstan və Slovakiya ilə qarşılaşacaq Azərbaycan milli komandası hazırlığı davam etdirir.

Supersport.Az Mərdəkanda milli komandaların təlim-məşq bazasında AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvlərinin yığmayla görüşündən videogörüntü hazırlayıb.


Bakıda Avropa Liqasının finalını xalqın futbol bayramı kimi qiymətləndirən R.Abdullayev, Avro-2020-nin həlledici mərhələsinə vəsiqə qazanmağın mühüm olduğunu bildirib:

"Biz istəyirik ki, milli komandamız Avropa çempionatının final mərhələsində iştirak etsin. Bu da siz futbolçuların əlindədir. İnanıram ki, biz bunu bacaracağıq. Bizim belə bir devizimiz var: "Niyə də yox?!" Hər şey öz əlimizdədir. Mən də çalışacağam ki, qələbədən sonra birlikdə sevinək. Qarşıdakı iki vacib oyunda qalib gəlməliyik. Bu qarşılaşmalar sanki müharibədir və bütün gücünüzü sərf edin, sona kimi döyüşün. Qələbələr həm sizin karyeranızda böyük rol oynayacaq, həm də bizi sevindirəcək".

Milli komandanın hazırkı kapitanı Maksim Medvedev AFFA-nın prezidentinə təşəkkür edərək,  kollektivdə əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu vurğulayıb:

"Qarşıdakı matçı biz də səbirsizliklə gözləyirik. Çalışacağıq ki, ən yaxşısını edək. Azarkeşlərimizi doğma meydanda sevindirmək istəyirik. Hər şey qaydasındadır və ayın 8-də sözümüzü deyəcəyik" . 

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də 8-ci km stadionunda Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. 

Digər xəbərlər