"Çelsi"ylə "Liverpul"un qələbəsi - "Qalatasaray" milyonlar qazandı

"Çelsi"ylə "Liverpul"un qələbəsi - "Qalatasaray" milyonlar qazandı
Futbol
02 İyun 2019 - 10:18
Supersport.Az-ın məlumatına görə, Bakıda "Çelsi"nin Avroliqanın qalibi, Madriddə "Liverpul"un Çempionlar Liqasının çempionu olması "Qalatasaray"ın qazancını artırıb.

Bakı Olimpiya Stadionunda "Zadəganlar" "Topçular"ı "topa tutaraq" ÇL-dən kənar qoyduğundan "Aslanlar" 1.1 milyon avro da gəlir əldə edib. Bir neçə gündə qazanc 2.7 milyon avroya çatıb.

İtaliya "A" seriyasında "Atalanta" çempionatı 4-cü sırada bitirərək Çempionlar Liqasına vəsiqə qazansa da, UEFA-nın son 10 il reytinqində "Qalatasaray"dan geri olduğundan Türkiyə çempionu 1.1 milyon avro daha çox gəlirə sahib çıxıb.

Türk klubu keçmiş futbolçusu Brumanın çıxış etdiyi Almaniyanın "Leypsiq" komandasının ÇL yarışına qatılmasından da 500 min avro qazanıb.

Madriddə Çempionlar Liqası finalında "Tottenhem"i "Liverpul"un məğlub etməsindən isə "Qalatasaray" 2.3 milyon avro gəlir əldə edib.

Digər xəbərlər