Çempionlar Liqasının çempionu: "Liverpul" - Şəkillər

Çempionlar Liqasının çempionu: "Liverpul" - Şəkillər
Futbol, Foto
02 İyun 2019 - 00:57
Supersport.Az-ın xəbərinə görə, bu gün Çempionlar Liqasında 2018-2019-cu il mövsümünün qalibi məlum olub.

Final matçında İngiltərənin "Tottenhem" və "Liverpul" klubları qarşılaşıb.

İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda alman mütəxəssis Yurgen Kloppun komandası 2 qolla qalib gələrək çempion olub.

"Liverpul" ÇL-də iştirakçısı olduğu 9 finaldan 6-da birinci yeri tutub.

"Tottenhem"in isə belə uğuru yoxdur.

1 iyun
Çempionlar Liqası, final

23:00. "Tottenhem" (İngiltərə) – "Liverpul" (İngiltərə) 0-2


Qollar: Muhamməd Salah 1-pen., Origi 87

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan və Mateo Laos (Sloveniya)

Madrid. "Vanda Metropolitano" stadionu.

Digər xəbərlər