Messi əsas hədəfini açıqladı - "Ronaldo üçün darıxıram"

Messi əsas hədəfini açıqladı - "Ronaldo üçün darıxıram"
Futbol
01 İyun 2019 - 11:27
Supersport.Az-ın məlumatına görə, "Copa America" yarışı üçün Argentina seçmə komandasının təlim-məşqində olan Lionel Messi, ölkəsinin mətbuatına fikirlərini bildirib.

Dünya Kuboku və Amerika Kubokunda finalda oynamasına baxamayaraq millisində kubok qazanmayan ulduz futbolçu, əsas məqsədini açıqlayıb:

"Argentina yığmasından kubok qazanmadan ayrılmaq istəmirəm. Uğursuzluq olsa da, mübarizəmi sona kimi davam etdirəcəyəm.

Messi, Ronaldonun ünvanına təriflər söyləyib:

"Real Madrid", Ronaldo ilə daha güclüydü. Hər mövsüm 50 qol vururdu. La Liqada hamı kimi mən də onu gözləyirəm. Bizim aramızda heç bir inciklik yoxdur, ancaq sağlam rəqabət var. Ronaldonun olmağı məni oyuna daha yaxşı kökləyirdi".

Argentinalı futbolçu, ispan mütəxəssis Qvardiola haqda müsbət danışıb:

"Pep Qvardiola mənim üçün bənzərsiz, inanılmaz məşqçidir. Hər zaman oyunu hiss edir".

"Barselona" ilə 34 kubok qazanan 31 yaşlı Messi, 5 dəfə də "Ballon d'Or" mükafatına layiq görülüb.

Digər xəbərlər