Rikardo Kuarejma: "Azərbaycanda futbol oynamağı düşünmürəm" - Video

Rikardo Kuarejma: "Azərbaycanda futbol oynamağı düşünmürəm" - Video
Futbol, Eksklüziv, Video
01 İyun 2019 - 01:14
Supersport.Az Bakıya gələn "Beşiktaş"ın, Portuqaliya yığmasının aparıcı futbolçusu Rikardo Kuarejmanın fikirlərini videogörüntüyə alıb.

Gənclər və idman naziri Azad Rəhimov ulduz oyunçuya futboldakı nailiyyətlərinə və Azərbaycan – Portuqaliya dostluq münasibətlərindəki xidmətlərinə görə mükafat təqdim edib.

A.Rəhimov, ulduz futbolçunun ölkəmizə gəlməsinə şad olduğunu bildirib:

"Azərbaycanda Avropa Liqasının final oyunu möhtəşəm təşkil olundu. Kuarejmanın ölkəmizə gəlişi yerli azarkeşləri çox sevindirib".

Nazir, zarafatca "Kuarejma gələcəkdə nazirlikdə işləyəcək" deyib.

Portuqaliyalı futbolçu, Bakıda çox yaxşı qarşılandığını söyləyib:

"Azərbaycana yeni gəlsəm də, Bakını çox bəyəndim və inanılmaz dərəcədə gözəldir. Burada olduğum müddətdə həyat yoldaşımla şəhəri gəzəcəyəm, azərbaycanlılarla yaxından tanış olmağa çalışacağam. Bakıya heyranam və hər zaman tətil üçün bura gəlməyə hazıram".

"Beşiktaş"ın 36 yaşlı futbolçusu, "Karyeranızda "Qalatasaray", "Fənərbağça"dan təklif aldınızmı” sualını cavablandırıb:

"Beşiktaş"da çox xoşbəxtəm, mən pula satılmaram. Klubla müqaviləm var, komanda prezidenti və rəhbərlikdən mənə heç nə deyilməyib. "Beşiktaş"ı çox sevirəm. Türkiyədə yalnız bu komandada oynacağam. Azərbaycana gəlincə, burada futbol oynamağı düşünmürəm".

 

Digər xəbərlər