Hidayət Heydərov Çində birinci oldu

Hidayət Heydərov Çində birinci oldu
Digər, Cüdo
25 May 2019 - 23:48
Supersport.Az-ın məlumatına görə, Çin Xalq Respublikasında keçirilən cüdo üzrə beynəlxalq turnirin 2-ci günü Azərbaycan millisi üçün uğurlu olub.

73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Çin "Qran-Pri"sinin qızıl medalını qazanıb. Hidayət Heydərov Yunanıstan, Rusiya, Kanada, İsveç cüdoçularını məğlub edərək həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərinin moldovan əsilli idmançısı Viktor Skvortovla qarşılaşlb. Rəqibini "ippon" təmiz qələbə ilə udan Hidayət Bakı "Böyük Dəbilqə"sindən iki həftə sonra Çin "Qran-Pri" yarışının da baş mükafatını qazanıb.

Qeyd edək ki, Çində 43 ölkədən 298 cüdoçu mübarizə aparır. Azərbaycan beynəlxalq turnirdə 6 cüdoçu ilə təmsil olunur.

Digər xəbərlər