Azad Rəhimov: "Avroliqanın finalı bizim üçün böyük imtahandır"

Azad Rəhimov: "Avroliqanın finalı bizim üçün böyük imtahandır"
Futbol
25 May 2019 - 19:21
Supersport.Az-ın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək Avropa Liqasının final oyunu barədə fikirlərini bölüşüb.

"Bakı Avropa Liqasının final matçına hazırdır. Oyun üçün paytaxta 30 mindən çox əcnəbi azarkeş gələcək. Bu, bizim üçün böyük imtahandır" deyən nazir, UEFA rəsmilərinin matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunu təftiş etdiklərini bildirib:

"Bu, hər bir metri planlı şəkildə inşa edilən stadiondur. UEFA rəsmiləri 5 ballıq şkala ilə 4,5 qiymət verdilər. Bütün sistemlər problemsiz işləyir. Azarkeşlərin hava limanından bura gəlməsi üçün hər şey düşünülüb. Bunadək Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və "Formula 1" kimi nəhəng yarışlara ev sahibliyi etsək də, belə səviyyədə futbol tədbirini ilk dəfə təşkil edəcəyik. Azarkeşlər bu matçı səbirsizliklə gözləyirlər. Gərgin və maraqlı matç olacaq" ("Anadolu" agentliyi).

Oyunla bağlı güclü təhlükəsizlik tədbirləri görüləcək. Mayın 28-29-da qarşılaşmaya biletli şəxslərə nəqliyyat pulsuz olacaq. Oyunda 1300 könüllü fəaliyyət göstərəcək.

Əcnəbi azarkeşlər qaldıqları otellərə pulsuz daşınacaq.

Qeyd edək ki, mayın 29-da 70 min yerlik Bakı Olimpiya Stadionunda "Çelsi" - "Arsenal" final matçı keçiriləcək.

 

 

 

Digər xəbərlər