Messi "Qızıl buts"u 6-cı dəfə qazandı

Messi "Qızıl buts"u 6-cı dəfə qazandı
Futbol
25 May 2019 - 14:44
Avropada "Qızıl buts"un qalibi məlum olub.

Supersport.Az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, "Barselona"nın argentinalı hücumçusu Lionel Messi Avropada liqalarda cari mövsümün ən yaxşı bombardiridir. Messi 2018/2019 mövsümündə La Liqada 36 qol vurub. O, ən yaxın izləyicisi PSJ-nin hücumçusu Kilian Mbappeni 3 qol geridə qoyub. Fransalı hücumçu ölkə çempionatının son turunda dünən keçirilən "Reyms"lə matçda 1 qol vurub. Bununla da onun Messiyə çatmayacağı dəqiqləşib.

"Sampdoriya"nın forvardı Fabio Kvalyarella 26 qolla üçüncü olub.


Beləliklə, Messi karyerası ərzində 6-cı dəfə bu mükafata layiq görüləcək. 31 yaşlı oyunçu bundan əvvəl 2009-10, 2011-12, 2012-13, 2016-17, 2017-18 mövsümlərində "Qızıl buts"un sahibi olub.



Digər xəbərlər