Eksklüziv: "Qarabağ"ın güclənmək planı

Eksklüziv: "Qarabağ"ın güclənmək planı
Futbol, Eksklüziv
21 May 2019 - 12:22
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Çempionlar Liqasında ölkəmizi ardıcıl 6-cı dəfə təmsil edəcək "Qarabağ" heyətini gücləndirəcək.

Baş məşqçi Qurban Qurbanov komandaya 4-5 futbolçu cəlb etmək niyyətindədir.

"Qarabağ" bütün mövqeləri - qapı, müdafiə, yarımmüdafiə və hücum xəttini gücləndirməyi planlaşdırıb.

Komanda bu istiqamətdə fəaliyyət aparır.

Ağdam klubu milli komandanın qapıçısı Səlahət Ağayevi heyətində görmək istəsə də, maddi baxımdan hələlik razılıq əldə olunmayıb. "Neftçi"dən 350 min manat istəyən qolkiper, "Qarabağ"a da bu məbləği bildirib. Yeddiqat ölkə çempionunun milli qapıçı transfer planı alınmasa, bu mövqeyə əcnəbi futbolçu gətirilə bilər.

Qeyd edək ki, iyunun 7-də Bakıda Çempionlar Liqası hazırlığına başlayacaq "Qarabağ" ayın 19-da təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Azərbaycan çempionu səfərdə 4 yoxlama oyunu keçirməyi planlaşdırıb. 

Digər xəbərlər