"Real"da yeni müqavilə

"Real"da yeni müqavilə
Futbol
20 May 2019 - 14:10
İspaniyanın "Real" klubunda yeni müqavilə qeydə alınıb.

 

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, madridlilər yarımmüdafiəçisi Toni Kroosla müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadıb.

 

29 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə 40 oyuna 1 qol vurub, 6 assist edib.

 

Almaniya millisinin üzvü 2014-cü ildən "Real"da çıxış edir.

Digər xəbərlər