Eksklüziv: "Qəbələ"ylə "Sumqayıt"ın kubok üçün pul mükafatı

Eksklüziv: "Qəbələ"ylə "Sumqayıt"ın kubok üçün pul mükafatı
Futbol, Eksklüziv
17 May 2019 - 22:31
Supersport.Az-a Azərbaycan Kubokunun final oyununun iştirakçılarından "Qəbələ"ylə "Sumqayıt" klubunun rəhbərliyinin futbolçularına ayırdığı pul mükafatı məlum olub.

Qəbələ komandası yarışın qalibi olacağı təqdirdə, hər oyunçusu 5000 manata sahib çıxacaq.

Sumqayıt təmsilçisi isə kuboku qazansa, futbolçularının hər biri 3000 manat əldə edəcək.

Qeyd edək ki, mayın 19-da Naxçıvan Muxtar Respublikası stadionunda keçiriləcək "Qəbələ" - "Sumqayıt" finalı saat 17:00-da start götürəcək.

 

Digər xəbərlər