Tahir Gözəl Ağdamın icra başçısına söz verdi - Video

Tahir Gözəl Ağdamın icra başçısına söz verdi - Video
Futbol, Eksklüziv, Video
12 May 2019 - 02:32
"Qarabağ" Premyer Liqanın qalibi olması münasibətilə qazandığı 7-ci çempionluq kubokunu Ağdama aparacaq.

Supersport.Az xəbər verir ki, bunu klubun vitse-prezidenti Tahir Gözəl Ağdamın icra hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşündə bildirib.

"Neftçi" ilə oyunu izləmək üçün 8-ci km stadionuna gələn Həsənov matçdan sonra Gözəllə görüşüb.

O, çempionluq kubokunu doğma rayonda görmək istədiyini bildirib. Klub rəsmisi isə çempionatın baş mükafatını Ağdama aparacaqlarına söz verib.

Digər xəbərlər