Bakıda Avroliqada ingilis finalı

Bakıda Avroliqada ingilis finalı
Futbol
10 May 2019 - 03:51
Supersport.Az xəbər verir ki, Bakıda keçiriləcək Avropa Liqasının finalçıları məlum olub.

Yarımfinalın iki cavab oyunu keçirilib.

“Arsenal” İspaniyada “Valensiya”ya 4:2 hesabıyla qalib gəlib.

Londonda keçirilən görüşdə “topçular” 3:1 hesablı qələbə qazanmışdı.

Digər matçda isə İngiltərənin daha bir təmsilçisi "Çelsi" Londonda “Ayntraxt”ı qəbul edib. Frankfurtdakı görüşdə qeydə alınan 1:1 hesabı "zadəganlar"a üstünlük qazandırırdı. Cavab oyununda eyni hesab qeydə alındığından penaltilər seriyası olub. “Çelsi” 4:3 hesabıyla finala vəsiqə qazanıb.

Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


9 may

Avropa Liqası

Yarımfinal, cavab oyunları

23:00. “Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə) 2:4

Qollar: Qameyro 11, 58 - Obameyanq 17, 69, 88, Lakazett 50

İlk oyun – 1:3

23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) 1:1 (penaltilər 4:3)

Qollar: Loftus-Çik 28 - Yoviç 49


İlk oyun – 1:1

Digər xəbərlər