Yurgen Klopp: "Futbolçularım canavar kimi mübarizə apardılar"

Yurgen Klopp: "Futbolçularım canavar kimi mübarizə apardılar"
Futbol
08 May 2019 - 19:37


Supersport.Az-ın məlumatına görə, "Çempionlar Liqasının yarımfinalında "Barselona"ya 4:0 hesabı ilə qalib gələrək finala yüksəldikləri cavab oyunundan sonra "Liverpul"un baş məşqçisi Yürgen Klopp qələbəni şərh edib.

"Enfild"də xüsusi bir şey var. Bunu rəqiblərimiz də daxil olmaqla, hər kəs bilir. "Liverpul" burada heç vaxt mübarizə aparmaqdan imtina etməz. Həmişə bütün gücünü meydanda göstərir. Matçdan öncə futbolçulara "mümkünsüzdür, amma bir şansımız var" dedim. Futbolda çox şey yaşadım. Dünyanın ən güclü komandasına qarşı matçda qələbə qazanmaq asan deyil. Qol buraxmadan bu cür hesablı qalib gəlmək isə daha da çətindir. Fantastik komanda və möhtəşəm azarkeş dəstəyilə qələbəni qazandıq. Futbolçuarım canavar kimi mübarizə apardılar. İndiyə kimi belə bir potensial və  cəsarətin uyğunluğunu görməmişəm. Bir matçda özünüzdən ən çox bu qədər əmin ola bilərsiniz. Futbolda nələrin mümkün olduğunu göstərən vəziyyətdir. Çox xoşbəxtik" - deyə, alman mütəxəssis bildirib.


Digər xəbərlər