"Liverpul"da Salah şoku - Şəkil

"Liverpul"da Salah şoku - Şəkil
Futbol, Foto
05 May 2019 - 10:56
Supersport.Az-ın məlumatına görə, "Liverpul"un futbolçusu Muhamməd Salah İngiltərə Premyer Liqasının 37-ci turunda "Nyukasl"la keçirilən görüşdə (3:2) ciddi zədələnib.

Matçın 2-ci hissəsində rəqib qapıçısı Martin Dubravka ilə toqquşan misirli futbolçu başından xəsarət alıb. O, meydanı xərəkdə tərk edib.

Komandanın baş məşqçisi Yurgen Klopp bombardirin başından güclü zərbə aldığını, son durumunun müayinədən sonra bilinəcəyini bildirib.

 

Digər xəbərlər