"Sabah" "Neftçi"ylə "Qəbələ"nin futbolçusunu transfer edəcək

"Sabah" "Neftçi"ylə "Qəbələ"nin futbolçusunu transfer edəcək
Futbol, Eksklüziv
28 Aprel 2019 - 17:33
Çempionatın başa çatmasına iki tur qalmış "Sabah" Azərbaycan Premyer Liqasında qalmağı təmin edib.

Paytaxt klubu 26 turdan 27 xalla 5-ci pillədə qərarlaşıb və son iki qarşılaşmada məğlub olsa belə yuksək liqada qalacaq.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Sabah" yeni mövsümün transfer siyahısını indidən hazırlayıb. Bakı klubunun Qəbələ təmsilçisinin 31 yaşlı yarımmüdafiəçisi Cavid Hüseynovu razı saldığı bildirilir.

"Sabah"ın "Neftçi"nin 29 yaşlı müdafiəçisi Məhəmməd Mirzəbəyovla da anlaşdığı haqda məlumat verilib.

 

Digər xəbərlər