Adil Əliyev: "Ən böyük silahımız ağlımız, savadımız və gücümüzdür" - Şəkillər

Adil Əliyev: "Ən böyük silahımız ağlımız, savadımız və gücümüzdür" - Şəkillər
Kikboks, Digər, Foto
28 Aprel 2019 - 11:49

Supersport.Az-ın məlumatına görə, Azərbaycan Kikboksinq Federasiyasının 25-ci böyüklər və kadetlər arası çempionatının açılış mərasimi olub.


Tədbirdə fəxri qonaglar da iştirak edib. AKF prezidenti Adil Əliyev yarışı açıq elan edib.


İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Sonra federasiyanın prezidenti Adil Əliyev çıxış edib:


"Əziz qonaqlar, valideynlər, dostlar...

Saxta klublar və belə məşqçilərə övladlarınız göndərməyin.

Federasiyamız Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edir. Övladlarınız əsl yarış görmək istəyirlərsə, gəlsinlər federasiyamızın yarışlarına baxsınlar. Dünya Kikboksinq Federasiyası vahid bir federasiyadır. Uşaqlar hərtərəfli şəraiti olan zallarda məşq edib çempion olmağa daha da ruhlanacaqlar. Bu gün siz azad, müstəqil dövlətin vətəndaşlarısınız. Günü-gündən abadlaşan, gözəlləşən Respublikamızda siz idmançılar üçün belə səviyyəli idman zalları açılır. Biz hazırda müharibə olan bir ölkədə yaşayırıq. Torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Bizim ən böyük silahımız ağlımız, savadımız və gücümüzdür. Gənclərimizi gecə kulblarından, qəlyanxanalardan uzaq tutmalıyıq, kitabxanalara, idman zallarına cəlb etməliyik. Azərbaycan ordusuna güclü əsgər yetişdirməliyik. Azərbaycanda çox saylı federasiyalar var ki, onlar bizim kimi kütləviliyi təmin etməyi bacarmayıblar və biz bundan sonra çalışacağıq ki, keyfiyyət, kəmiyyət üzərində fəaliyyətimizi davam etdirək. Bilirsiniz ki, bu gün Ali Baş Komadanın, ölkə prezidentinin birbaşa nəzarət çərçivəsi Azərbaycan ordusuna sağlam əsgər yetişdirməkdir. Ona gorə də, biz kütləviliyi bundan sonra da davam etirəcəyik, eyni zamanda keyfiyyət və kəmiyyətə də diqqət yetirəcəyik. Artıq bilirsiniz ki, AKF saxta tədbir, yarış və çempionatların keçirilməsinin də qarşısın almağı bacarıb. Çox böyük çətinliklərlə də olsa, biz bunu bacardıq. Saxta insanlara qarşı mübarizə aparmışıq və artıq biz sizlərlə birlikdə həm AKF, həm də olimpiada idman növlərini də yüksək səviyyədə təşkil olunmasına nail olmuşuq. Çünki federasiyamızın xəbəri olmadan hər hansı qeyri-yarışlarda iştirak qadağan edilib. Bəli, əvvəllər biz buna icazə verirdik, indi də icazə veririk. İdmançılarımızın daha çoxsaylı yarışlarda iştirakı üçün bu çox vacibdir, ancaq idmaçılarımız bu saxta yarışlarda iştirak etməklə özlərini sanki o böyük WAKO-nu, bizim təmsil olduğumuz Dünya Kikboksinq Federasıyasının nəzdində keçirilmiş yarışlardan kənarda qoyur. Özləri heç bir iş görməyən, qabiliyyəti olmayanlar bugün dövlətimizə qarşı müəyyən qarayaxma kampaniyalar aparırlar. Əgər həmin insanlardan kimsə varsa şəxsən onları görüşə dəvət edirəm. Kiminsə narazılığı varsa, ilk növbədə özündən hesab soruşmalıdır. Özündən soruşmalıdır ki, mən nəyə qadirəm, hansı savadın, gücün sahibiyəm? Ondan sonra öz dövlətindən, rəhbərindən nəsə tələb edə bilər. Onları gecə klublarından, qəlyanxanalardan uzaq tutmalıyıq, kitabxanalara, idman zallarına cəlb etməliyik. Azərbaycan ordusuna güclü əsgər yetişdirməliyik".



 

Sonda Adil Əliyev, Elnur Əliyev, yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Famil İsmayılov Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və idman işçisi mükafatına, Müşfiq Məmmədov idman ustası adına layiq görülüblər və digər idmaçılara mükafatlar təqdim edib.























Digər xəbərlər