Qurban Qurbanov: "Hər iki yarış bizim üçün mühümdür" - Video

Qurban Qurbanov: "Hər iki yarış bizim üçün mühümdür" - Video
Futbol, Video
27 Aprel 2019 - 23:13
Supersport.Az Azərbaycan Premyer Liqasının 26-cı turunda "Zirə"ni üç qolla məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun açıqlamasını təqdim edir. 

"Öncə futbolçularımı təbrik edirəm. Vacib qələbə qəzandıq. Bəlkə oyun bir az sönük görünürdü. Ancaq futbolçular çox əziyyət çəkdilər. Çalışdılar ki, düzgün oynasınlar. "Zirə"yə də uğurlar arzulayıram. Hər oyunda əsas futboçularımızın çıxmasını istəyirəm. Qəbələdə çox da rotasiya etməmişdik. Çempionat matçının bizim üçün vacib olduğunu bilirik. Qarşıdakı oyunlarda daha diqqətli olmalıyıq. Eləcə də, "Qəbələ"ylə kubok. Rəqib ilk oyundan sonra üstündür, cavab qarşılaşması asan olmayacaq. Ancaq çalışacağıq ki, finala vəsiqə qazanaq. Hər iki yarış bizim üçün çox önəmlidir".

Digər xəbərlər