Azərbaycan döyüşçüsü Rusiyada çempion oldu - Foto

Azərbaycan döyüşçüsü Rusiyada çempion oldu - Foto
Digər
27 Aprel 2019 - 13:13
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti titulunu qazanıb.

İdmançımız "Fight Night Global" təşkilatının çempionu adına yiyələnib. Nəriman bu uğuru Rusiyanın Moskva şəhərindəki "Mıtişi Arena"da keçirilən turnirdə rəsmiləşdirib.

"Fight Night Global93" çərçivəsində baş tutan döyüş gecəsində yüngül çəki dərəcəsində vakant olan çempionluq kəməri uğrunda görüş baş tutub. Abbasov titul döyüşündə digər iddiaçı Qazaxıstan təmsilçisi Kuat Hamitovla üz-üzə gəlib. Gərgin keçən 5 raundluq döyüşdə qalibi hakimlər müəyyənləşdiriblər. Daha fəal döyüşən Nəriman qalib gəlib - 48:47, 47:47, 48:47. Bu qələbə idmançımıza çempionluq kəməri qazandırıb.

Xatırladaq ki, peşəkarlar arasında 27-ci döyüşünü keçirən idmançımız 24-cü qələbəsini qazanıb.

Digər xəbərlər