"Neftçi" "Qarabağ"ı finala buraxmadı - Video

"Neftçi" "Qarabağ"ı finala buraxmadı - Video
Futbol, Eksklüziv, Video
26 Aprel 2019 - 10:15
Supersport.Az AFFA-nın təşkil etdiyi U-10 liqasının yarımfinal mərhələsinin "Qarabağ" - "Neftçi" cavab oyunundan maraqlı videogörüntü hazırlayıb.

Qarşılaşma başlayan zaman paytaxt klubunun baş məşqçisi İslam Kərimov topla bağlı etirazını bildirib. Ağdam komandası rəqibinə forma məsələsində güzəştə getdiyini yada salıb. Oyuna gəlincə, gərginliyi ilə diqqət çəkib. İlk qarşılaşmada "Neftçi" 2:1 hesablı qalib gəldiyindən "Qarabağ"a cavab matçında 1 qollu qələbə də sərf edirdi. Ağdam təmsilçisi hesabı açsa da, üstünlüyü qoruya bilməyib. Qollu heç-heçə edən "Neftçi" finala vəsiqə qazanmaqla "Sabah"a rəqib olub.

Digər xəbərlər