AFFA bu komandanı yarışdan kənarlaşdıra bilər - rüşvət verməkdə ittiham olunur

AFFA bu komandanı yarışdan kənarlaşdıra bilər - rüşvət verməkdə ittiham olunur
Futbol, Eksklüziv
22 Aprel 2019 - 01:29
AFFA İntizam Komitəsi Region Liqasında qalmaqallı oyunla bağlı qərar verəcək.  

Məsələ burasındadır ki, Region Liqasının II play-off mərhələsi çərçivəsində 06.04.2019-cu il tarixində keçirilən "Füzuli" – "FC Baku" (ilk oyun 1:1, cavab oyunu 0:1) oyununun nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı AFFA-ya daxil olmuş məlumat nəzərə alınaraq, liqanın yarımfinal mərhələsində aprelin 22-də təşkil olunması nəzərdə tutulan "FC Baku" – "Şahdağ" oyunu Region Liqasının İşçi Qrupunun 19.04.2019-cu il tarixli qərarı ilə qeyri-müəyyən müddətə təxirə salınıb.

Supersport.Az-a daxil olan məlumata görə, İntizam Komitəsi "Füzuli" klubuna rüşvət verməkdə ittiham olunan "FC Baku"nu yarışdan kənarlaşdıra bilər. Paytaxt klubunun bölgə təmsilçisinə 10 min manat təklif etdiyi ehtimal edilir. AFFA-ya müraciət edən "Füzuli" komandası oyun alveriylə bağlı faktları, hətta səs yazılarını futbol qurumuna təqdim edib.

Danışılmış oyunlarda şübhəli bilinən şəxslərin isə AFFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakının qadağan olunacağı bildirilir.

Mübariz

Digər xəbərlər