Hacı Əliyev üçqat Avropa çempionu oldu, Mustafayev finalda uduzdu

Hacı Əliyev üçqat Avropa çempionu oldu, Mustafayev finalda uduzdu
Digər, Güləş
09 Aprel 2019 - 20:39
Azərbaycanın daha bir sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Supersport.Az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya ikiqat Avropa çempionu Hacı Əliyev finalda türkiyəli  Selahəttin Kılıcsallayanı məğlub edib – 7:0. Bununla da idmançımız üçüncü dəfə Avropanın ən güclüsü adını qazanıb.

Daha bir sərbəst güləşçimiz Ağahüseyn Mustafayev (70 kq) finalda Mustafa Kaya ilə üz-üzə gəlib. Görüş türkiyəli idmançının qələbəsi ilə başa çatıb - 6:2.

97 kq-dakı Nurməhəmməd Hacıyev isə bürünc medal uğrunda görüşdə Makedoniya təmsilçisi Məhəmmədhacı Nurovu sınağa çəkəcək.

Qeyd edək ki, bu gün Cəbrayıl Həsənov da Avropa çempionu olub. Onun rəqibi zədə səbəbindən final görüşünə çıxmadığı üçün idmançımız qızıl medala yiyələnib.

Digər xəbərlər