"Qarabağ"ın da oynadığı stadion Ronaldonun adını daşıya bilər

"Qarabağ"ın da oynadığı stadion Ronaldonun adını daşıya bilər
Futbol
09 Aprel 2019 - 01:35
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olmuş "Sportinq" rəhbərliyi "Joze Alvalade" stadionunun adını dəyişməyi düşünür.

Yeni isiminin "CR7 stadionu" və ya "AlvaladeCR7" olacağı iddia edilib.

"Sportinq"in prezidenti Frederiko Varandasın stadionun adını dəyişdirməyi düşündüyü və Kriştiano Ronaldoyla danışıqların müsbət nəticələndiyi bildirilir.

Ronaldo, yetirməsi olduğu Portuqaliya klubunu daha çox populyarlaşdırmaq və sponsorların sayını artırmağa kömək olmaq üçün bu adın dünya markası olmasının vacib olduğu fikrindədir.


 

Digər xəbərlər