Cüdoçumuz Avropa Kubokunun qalibi oldu

Cüdoçumuz Avropa Kubokunun qalibi oldu
Digər, Cüdo
07 Aprel 2019 - 21:17
İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa Kuboku yarışı keçirilib.

Beynəlxalq yaışda 35 ölkənin 604 idmançısı mübarizə aparıb. İlk gündə milli komandamız aktivinə bir medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əhməd Yusifov Böyük Britaniya, Rumıniya, Rusiya və İtaliya təmsilçilərinə qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada italyan rəqibi Alessandro Aramunu məğlub edən Azərbaycan cüdoçusu Avropa kubokunda 1-ci yeri tutub.

Digər xəbərlər