Didye Deşam: "Türk azarkeşlər stadionu qaynar qazana çevirirlər"

Didye Deşam: "Türk azarkeşlər stadionu qaynar qazana çevirirlər"
Futbol
27 Mart 2019 - 21:16
Supersport.Az-ın məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində Türkiyə futbol millisinin rəqiblərindən olan dünya çempionu Fransa yığmasının baş məşqçisi Didye Deşam açıqlama verib.

Mütəxəssis türklərlə oyunun ağır keçəcəyini bildirib:

"Yarışa 6 xalla başlamaq məqsədlərimizdən biridir. Mart ayı bizim üçün əla keçdi. İyunda necə olacağını bilmirəm. Hazırda 6 xalla liderik. Üçüncü oyunu türklərə qarşı keçirəcəyik. Türkiyədə hava isti, güclü azarkeş ordusu da olacaq. Türk azarkeşlər stadionu qaynar qazana çevirirlər. Komandalarını yaxşı dəstəkləyirlər. Türkiyədə möhtəşəm ab-hava olacaq".

Avro-2020-nin seçmə mərhələsinin H qrupunun Türkiyə - Fransa oyunu 8 iyunda Konyada keçiriləcək.

Digər xəbərlər