Amerika klubu "Qarabağ"ın keçmiş futbolçusunu təriflədi

Amerika klubu "Qarabağ"ın keçmiş futbolçusunu təriflədi
Futbol
26 Mart 2019 - 19:09
"Qarabağ"dan ayrılan Ansi Aqollinin "Nyu-York Kosmos"a keçidi rəsmiləşib.

Supersport.Az bu barədə ABŞ klubunun rəsmi saytına istinadən məlumat yayıb.

Albaniyalı futbolçu ilə imzlanan müqavilənin müddəti açıqlanmayıb.
36 yaşlı müdafiəçi keçidi haqda deyib:



"Burada özümü çox rahat hiss edirəm. Paltardəyişmə otağında bir ailə kimiyik. Çox həyəcanlıyam, səbirsizliklə oyunları və nəticə qazanmağımızı gözləyirəm. Albaniyada amerikan futbolu deyəndə ağla ilk olaraq "Kosmos" gəlir. Bu klubun ənənələrini bilirəm. Komandaya kömək etmək və həmin ənənələri qorumaq üçün mümkün olan hər şeyi edəcəyəm".

Klub vitse-prezidenti Co Barone Aqollinin təcrübəsinin komandaya xeyir verə biləcəyini bildirib:





"İnanılmaz dərəcədə şadıq ki, Ansi bu mövsüm bizimlə olacaq. Onun təcrübəsi hər şeydən xəbər verir. Hiss edirik ki, Aqolli təkcə bacarığı ilə deyil, həm də təcrübəsi ilə gənc futbolçulara yaxşı nümunə olacaq".

Baş məşqçi Karlos Mendes isə Ansinin qazandığı uğurlara baxmayaraq, hələ də işinə peşəkar yanaşdığını söyləyib:





"Burada keçirdiyi bir neçə məşqdən sonra onun səviyyəsi açıq-aşkar göründü. Bu mövsüm Aqollini izləmək azarkeşlərimizin xoşuna gələcək. Qazandığı nailiyyətlərə baxmayaraq, Ansi ciddi oyunçudur. Hər gün məşqlərdə çox çalışır".

Qeyd edək ki, Aqolli 2010-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.

Digər xəbərlər