Litvalı mütəxəssis millimizin zəif cəhətlərini demədi - Video

Litvalı mütəxəssis millimizin zəif cəhətlərini demədi - Video
Futbol, Video
26 Mart 2019 - 14:00
Supersport.Az-ın məlumatına görə, Azərbaycan – Litva beynəlxalq yoldaşlıq oyunundan sonra rəqib komandanın 51 yaşlı baş məşqçisi Valdas Urbonas fikirlərini bildirib.

"Oyuna ciddi hazırlaşmışdıq. Rəqibimizin yaxşı komanda olduğunu bilirdik. Azərbaycan millisinin heyətlərində fərdi və texniki imkanlarına görə fərqlənən istedadlı futbolçular var. Xorvatiyaya qarşı da yaxşı mübarizə aparıblar. Məni müdafiə xəttimiz daha çox düşündürürdü. Çünki arxa xətdə nizam-intizam yaratdıqdan sonra hücum haqda düşünə bilərdik. Müqayisə etsək, birinci hissədə daha yaxşı oynadıq. Topa nəzarət etməyi bacardıq, mümkün qədər hücumlar qurmağa çalışdıq. İkinci hissəyə meydan sahibi komanda daha fəal başladı. Nəticənin oyuna görə olduğunu düşünürəm. Qol epizodları baxımından zəngin olmayan bir matç izlədik. Oyundan və komandamdan razı qaldım".


 

Digər xəbərlər