"Azərbaycana qalib gəlməsək, bu qələbənin əhəmiyyəti olmayacaq"

"Azərbaycana qalib gəlməsək, bu qələbənin əhəmiyyəti olmayacaq"
Futbol
25 Mart 2019 - 16:00
Supersport.Az-ın məlumatına görə, Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi Xorvatiya üzərində qələbəni şərh edib.

İtaliyalı mütəxəssis bunu karyerasının ən böyük uğuru adlandırıb:

"Hazırda bu qələbə məşqçi karyeramda ən böyük uğurdur. Bu kollektivə inanıram və onlarla daha çox uğur qazana bilərik".

Macarların çalışdırıcısı, Azərbaycan millisiylə iyun ayında keçirəcəkləri oyundan da danışıb:

"Əgər iyun ayında Azərbaycanla səfər oyununda 3 xal qazana bilməsək, bu qələbənin heç bir əhəmiyyəti olmayacaq. İndi həmin görüşü düşünmək lazımdır".

Xatırladaq ki, hazırda qrupumuzda  4 komandanın - Slovakiya, Uels, Xorvatiya və Macarıstanın 3 xalı var. Millimiz hələ ki xal toplamayıb.

Digər xəbərlər