Azərbaycan Litvanın qapısına yol tapa bilmədi - Video

Azərbaycan Litvanın qapısına yol tapa bilmədi - Video
Futbol, Video
26 Mart 2019 - 00:51



Milli komandamız bu gün yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ikinci oyununu keçirib.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan yığması yoldaşlıq oyununda Bakıda Litva seçməsi ilə qarşılaşıb.

8-ci km stadionunda keçirilən matçda qol vurulmayıb. .


Litva ilə oyun millimizin bu yığmaya qarşı 3-cü oyunudur. Azərbaycan seçmə komandası bundan əvvəlki 2 qarşılaşmanın birində qalib (2:1), digərində isə məğlub (0:1) olub.

FİFA reytinqində yığmamız 108-ci, Litva isə 132-ci pillədə qərarlaşıb.

Millimiz 4 gün öncə AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub.

Yoldaşlıq oyunu

25 mart (bazar ertəsi)

18:00. Azərbaycan - Litva 0-0



 Hakimlər: Fesnik Horatiu, Avram Valentin, Çerei Alexandru (Rumıniya), Orxan Məmmədov
Bakı. 8-ci km stadionu.



 

Digər xəbərlər