"Qarabağ" "Zirə"ni məğlub yola saldı

"Qarabağ" "Zirə"ni məğlub yola saldı
Futbol
24 Mart 2019 - 22:16
Milli komandaların oyunları ilə bağlı Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "Qarabağ" bu gün yoxlama oyununda "Zirə" ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

17:00. "Qarabağ" - "Zirə" - 2:1

Qollar: D. Kintana, 37 (1:0), X. S. Rodriqes, 56 (1:1), F. Ozobiç, 64 (2:1)

Tofiq Bəhramov adına Respublika stadionu

Digər xəbərlər