Ukrayna yığmasının keçmiş futbolçusu "Turan"da qazancını açıqladı

Ukrayna yığmasının keçmiş futbolçusu "Turan"da qazancını açıqladı
Futbol
24 Mart 2019 - 12:36
Supersport.Az-ın məlumatına görə, "Turan"ın sabiqhücumçusu Sergey Skaçenko maraqlı açıqlama verib.

Ukrayna yığma komandasının keçmiş oyunçusu, ölkəsinin mətbuatına Azərbaycan haqda müsbət fikirlər bildirib, Tovuz klubunda aldığı məbləği açıqlayıb.

"Kiyev "Dinamo"su, Moskva "Torpedo"su və "Mets"dən sonra Azərbaycanın "Turan" klubunda çıxış etmək psixoloji cəhətdən çətin deyildi" sualına 46 yaşlı futbolçu belə cavab verib:

"Temp"də çıxış edərkən orda olmuşdum. Buna görə Azərbaycan mənim xoşuma gəlmişdi. Bu ölkə qonaqpərvər xalqdır, ailəmə geniş ev verilmişdi, şəhərcik böyük deyildi. Kəndə gəlincə, böyükdür, çox sayda ördək, toyuq vardı. Heç bir narahatçılıq yox idi. Maliyyə şərtləri? Aylıq maaş 5 min dollar, üstəgəl 70 min "podyomnı" verildi. Ciddi zədə, üstəlik 33 yaşın olması səbəbindən butsları mıxdan asdım". 

Qazaxıstan doğumlu Skaçenko Tovuz klubunda 2004-2005-ci illərdə çıxış edib.

Ukrayna yığmasınının sabiq hücumçusu, Gürcüstanla yoldaşlıq matçında (4:0), Avro-2000-nin seçmə mərhələsində Rusiya (3:2), Ermənistanla (2:0) oyunlarda qol vurub.

 

 

Digər xəbərlər