Avro-2020-nin oyununda futbolçu ölümlə üzləşdi - Foto

Avro-2020-nin oyununda futbolçu ölümlə üzləşdi - Foto
Futbol, Foto
24 Mart 2019 - 09:12

Supersport.Az-ın məlumatına görə, Avro-2020-nin seçmə mərhələsinin "D" qrupunun Gürcüstan - İsveçrə oyununda qonaq komandanın futbolçusu ölümdən dönüb.


Cemal Tebidze ilə başı toqquşan 27 yaşlı Fabian Şer yerə yıxılıb. Gürcü fubolçu dərhal isveçrəli oyunçuya yardım edib, dilini boğazını tutmaması üçün kənara çıxarıb.


İsveçrə yığması zərbə alan Fabian Şeri əvəzləmək istəsə də, o, "Yaxşıyam, oynamağa davam edəcəyəm" deyərək, ölümdən döndüyü oyunu başa vurub.


Bu matçda isveçrəlilər gürcüləri 2 qolla məğlub edib.










Digər xəbərlər