Albanların baş məşqçisi qovuldu

Albanların baş məşqçisi qovuldu
Futbol
23 Mart 2019 - 20:31
Albaniya millisinin baş məşqçisi Kristian Panuççi istefaya göndərilib.

Supersport.Az-ın Albaniya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, komandanın AÇ-2020-nin seçmə mərhələsində Türkiyəyə uduzmağından (0:2) sonra bu qərar verilib. Yığmanı Andorra ilə martın 25-i keçiriləcək matça məşqçilər Ervin Bulku və Suleyman Memanın çıxaracağı bildirilib.
 Qeyd edək ki, K.Panuççi 2018-ci ildən Albaniya millisini çalışdırırdı.

Digər xəbərlər