Yığmamız şansını itirdi - "Çox məyusuq"

Yığmamız şansını itirdi - "Çox məyusuq"
Futbol
23 Mart 2019 - 18:37
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində bu gün növbəti oyununu keçirib. İrlandiyalı həmyaşıdları ilə qarşılaşan komandamız 1:3 hesabı ilə məğlub olub. Millimizin heyətində Kamran Quliyev fərqlənib.




Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd affa.az-a açıqlama verib:



"Bu gün Avropanın ən güclü komandalarından biri ilə oynadıq. Rəqib istər fiziki, istər taktiki baxımdan çox bacarıqlı komanda idi. Uduzmağımıza baxmayaraq, bu futbolçularla gələcəkdə yaxşı işlər görmək olar. Sadəcə, hər biri ayrı-ayrılıqda öz üzərində çox çalışmalıdırlar. Futbolçularıma bu oyunda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Final mərhələsinə şansımızı itirdiyimizə görə çox məyusuq. Bu komanda final mərhələsinə layiq komanda idi, azacıq diqqətsizliyə görə bu gün məğlub olduq. İrlandiya millisini təbrik edirəm. Hakimliklə bağlı danışmamaq barədə özümə söz vermişəm".



U-19 yığmamız qrupda son oyununu martın 26-da Rumıniya yığmasına qarşı keçirəcək.

Digər xəbərlər