Nikola Yurçeviç: "Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm"

Nikola Yurçeviç: "Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm"
Futbol
22 Mart 2019 - 10:04


Supersport.Az-ın məlumatına görə, Avro-2020-nin seçmə mərhələsində Xorvatiyayla oyunun ardından Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç məğlubiyyəti şərh edib.


"Dünyanın ən güclü komandalarından birinə qarşı oynadıq. Rəqib qrupun mütləq olaraq ən güclü kollektividir. Bu oyuna ciddi hazırlaşmışdıq. Bəlkə də hissənin sonlarında qol buraxmasaydıq, xal qazana bilərdik. Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm. Xorvatiya FIFA reytinqində 4-cü yerdə qərarlaşıb. Bu görüş bizim gələcəyimiz, motivasiyamız üçün vacibdir. Biz istəyirdik ki, göstərdiyimiz oyunla və qazandığımız nəticəylə Azərbaycan xalqına sevinc bəxş edək. Təəssüf ki, xal qazana bilmədik. Amma çalışdıq ki, öz oyunumuzla azarkeşləri sevindirək.




Qarşıdakı müddətdə komanda ilə işləmək üçün çox vaxt olacaq. Ümid edirəm ki, Slovakiya və Macarıstanla oyunlarda daha yaxşı performans göstərəcəyik. Bu görüşlər bizim üçün həlledici olacaq. Optimistəm və inanıram ki, qələbə qazana biləcəyik".

Digər xəbərlər