Millimizin baş məşqçisi: "Rusiyanı məğlub edə bilərdik"

Millimizin baş məşqçisi: "Rusiyanı məğlub edə bilərdik"
Futbol
20 Mart 2019 - 22:02

Avropa çempionatının elit-raund mərhələsində bu gün Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmməd oyunla bağlı affa.az-a açıqlama verib.


"Azərbaycan millisi güclü Rusiya yığmasına qarşı oynadı. Rəqibimiz turnirin ən yaxşı komandalarındandir. Bizim üçün çətinlik yaradan amillərdən biri də heyətimizdə zədəli futbolçuların olmasıdır. Bu oyunu unudub, İrlandiya ilə oyuna hazırlaşacağıq.



Rusiya ilə onun meydanında oynadığımızı nəzərə alsaq, qolsuz heç-heçəni qələbəyə bərabər hesab etmək olar. Amma oyun ərzində qol vurmaq üçün imkanlarımız oldu. Təəssüf ki, bundan istifadə edə bilmədik. Xüsusilə də ikinci hissədə rəqibimizdən üstün oynadıq. Komandama nümayiş etdirdiyi oyuna görə təşəkkür edirəm. Onlar bu gün meydanda xarakter göstərdilər. Fürsətdən istifadə edib sabah AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirəcək milli komandamıza uğurlar arzulayırıq".

Digər xəbərlər