"Qarabağ"ın keçmiş qolkiperi: "erməniləri asan məğlub etmişik"

"Qarabağ"ın keçmiş qolkiperi: "erməniləri asan məğlub etmişik"
Futbol
20 Mart 2019 - 21:26
Supersport.Az-ın məlumatına görə, Bosniya-Herseqovina yığmasının və "Ərzurumspor"un qapıçısı İbrahim Şehiç Avro-2020-nin seçmə mərhələsinin ilk oyununda ermənilərlə qarşılaşma ərəfəsində ölkəsinin mətbuatına açıqlama verib.

"Qarabağ" keçmiş qolkiperi rəqibi asan məğlub etdiklərini yada salıb:

"Rəqib qarşıdakı oyunda müdafiə olunub, əks-hücumlara keçəcək. Əvvəllər erməniləri asan məğlub etmişik. Bundan sonra rəqib inkişaf edib. Seçmə mərhələyə qələbəylə başlamalıyıq". DÇ-2010-nun seçmə turnirində Bosniya ermənilərə İrəvanda 2:0, evdə isə 4:1 qalib gəlib.

Qolkiperin fikirlərinə yer ayıran erməni mətbuatı, İbrahim Şehiçin 2013-2018-ci illərdə Azərbaycanın "Qarabağ" klubunda çıxışını xatırladıb, xəbərdə futbolçunun Ağdam klubunun formasında şəklini verib.

Martın 23-də Avro-2020-nin ilk turunda Sarayevoda Bosniya Ermənistanı sınağa çəkəcək.

"J" qrupunda İtaliya, Yunanıstan, Finlandiya və Lixtenşteyn yer alıb.

Digər xəbərlər