Xorvatiya - Azərbaycan oyununa maraq azdır: baş məşqçi azarkeşləri köməyə çağırdı

Xorvatiya - Azərbaycan oyununa maraq azdır: baş məşqçi azarkeşləri köməyə çağırdı
Futbol
20 Mart 2019 - 13:01
Supersport.Az-ın məlumatına görə, futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - Azərbaycan oyununa 13 min bilet satılıb.

Qarşılaşmanın keçiriləcəyi Zaqrebdəki “Maksimir” stadionu 35 min tamaşaçı tutumuna malikdir.

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib: "Ümid edirəm ki, oyun günü "Maksimir"də azarkeşlərin dəstəyini hiss edəcəyik. Çünki bizim buna ehtiyacımız var. Çox istərdim ki, hava yağışlı olmasın və stadion azarkeşlərlə dolu olsun".

Xorvatiya-Azərbaycan oyunu martın 21-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Digər xəbərlər