Yığma komandamızdan tarixi nəticə

Yığma komandamızdan tarixi nəticə
Digər, Ağır Atletika
17 Mart 2019 - 20:55
Supersport.Az-ın məlumatına görə, 8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi Azərbaycan yığma komandası üçün əlamətdar hadisələrlə yadda qalıb. 44 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda milli komandamızın 5 üzvü iştirak edərək uğur qazanıb.

55 kq çəki dərəcəsində Ömər Cavadov, 67 kq çəki dərəcəsində isə Rüstəm Qasımov birdən qaldırma hərəkətində bürünc medal əldə ediblər. 102 kq çəki dərəcəsində Əli Şükürlü həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medalla fərqlənib. Sonda isə Rəhman Kazımov +102 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində qızıl medal qazanıb.

Yarışı ümumilikdə 6 medal – 5 kiçik və bir bürünc medalla bitirən Azərbaycan yığma komandası ölkə ağır atletika tariximizə qızıl hərflərlə yazılan uğura imza atıb. Bu dünya birinciliyində Azərbaycan millisi oğlanlar arasında komanda hesabında yüksək 5-ci yeri tutmağı bacarıb. Medal hesabında isə yığmamız 10-cu pillədə qərarlaşıb.



Digər xəbərlər