Maykl Essyen "Səbail"də - Foto

Maykl Essyen "Səbail"də - Foto
Futbol, Foto
16 Mart 2019 - 20:50
Qana millisinin sabiq futbolçusu Maykl Essyenin "Səbail"ə keçidi rəsmiləşib.

Supersport.Az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb. 36 yaşlı ulduz futbolçu ilə 1,5 illik müqavilə imzalanıb. Essyen ”Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək.

Qeyd edək ki, peşəkar karyerasına “Bastiya”da başlayan Essyen “Çelsi”, "Real" və "Milan" kimi nəhəng klubların formasını geyinib. Yarımmüdafiəçi “Çelsi”nin heyətində 168 matçda 19 qol vurub.

Digər xəbərlər