Çempionlar Liqasında püşk atıldı

Çempionlar Liqasında püşk atıldı
Futbol
15 Mart 2019 - 23:38
Bu gün Çempionlar Liqasında 2018/2019 mövsümünün 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb.

Supersport.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə hər iki mərhələnin cütlükləri müəyyənləşib.

Çempionlar Liqası
1/4 final mərhələsi

"Ayaks" (Niderland) - "Yuventus" (İtaliya)

"Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya)

"Tottenhem" (İngiltərə) - "Mançester Siti" (İngiltərə)

"Mançester Yunayted" (İngiltərə) - "Barselona" (İspaniya)

1/2 finalda mərhələsində qarşılaşacaqlar

"Tottenhem" - "Mançester Siti" / "Ayaks" - "Yuventus"

"Mançester Yunayted" - "Barselona" / "Liverpul" - "Portu"

Qeyd edək ki, 1/4 final mərhələsində ilk oyunlar aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək. Yarımfinalda isə ilk görüşlər 30 aprel-1 may, cavab matçları isə 7-8 may tarixlərində olacaq.

Digər xəbərlər