Supersport.Az-ın məlumatına görə, AFFA Klublar Komitəsinin sədri, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev “Neftçi”ylə oyunda hakimlərin verdiyi qərarlarla bağlı verilən sualı cavablandırıb.
Klub rəhbəri, referilərlə əlaqədar Hakimlər Komitəsi rəhbəri Frits Ştuxliklə danışdıqlarını bildirib:
“Ümumiyyətlə, belə bir şey düşünmürəm ki, hansısa kluba qarşı qərəz nümayiş etdirilsin. Əlbəttə ki, hakim səhvləri olub, olacaq da. Ötən iclasımızda Frits Ştuxlik də iştirak edirdi. O da bunu dedi ki, səhvlər olub və yenə də olacaq. Bu, bütün dünyada belədir. Ancaq bu gün inkişaf etmək istəyiriksə, bir olmalıyıq”.