AFFA-nın premyer liqaya gətirmək istədiyi klublar

AFFA-nın premyer liqaya gətirmək istədiyi klublar
Futbol, Eksklüziv
12 Mart 2019 - 08:08
Azərbaycan premyer liqasında klubların sayının azlığı futbolun inkişafına mane olur.

Vaxtilə ilk milli çempionatda 26 komanda mübarizə apardığı halda, indi 8 kollektiv yarışır.

Supersport.Az-ın AFFA-nın premyer liqa komandalarının sayını artırmaq istəyi haqda yaydığı xəbər təsdiq olunub. Qurum rəhbərliyi, çempionatda minimum 10 klubun iştirakına çalışdığını bəyan edib.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, premyer liqada komandaların sayı hətta 12-yə çatdırıla bilər.

Mövsüm sonu premyer liqada son yeri tutan komanda elitada saxlanıla və yüksək dəstəyə birinci divizionda mübarizə aparan 4 komanda gətirilə bilər.

MOİK, "Turan Tovuz", "Kəpəz" və "Zaqatala"nın premyer liqaya buraxılacağı bildirilir. 14 komandanın yarışdığı birinci divizionda Ordu Klubu lider, Zaqatala təmsilçisi 4-cü, Tovuz komandası 11-ci, Gəncə kollektivi 12-cidir.

 

Digər xəbərlər