Ramil Şeydayev milliyə dəvət olundu

Ramil Şeydayev milliyə dəvət olundu
Futbol
11 Mart 2019 - 16:38
Supersport.Az-ın məlumatına görə, "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev Azərbaycan millisinə dəvət alıb.

Samara klubunun rəsmi saytı belə xəbər yayıb. Bildirilib ki, 22 yaşlı forvard Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və yoldaşlıq oyununda Litva ilə matçlara çağırılıb.
Ramil "Krılya Sovetov"un heyətində meydana çıxdığı son iki oyunda 2 qol vurub. 18-ci turda səfərdə Moskva "Lokomotiv"inin qapısına yol tapan forvard, ötən turda isə "Yenisey"lə matçda fərqlənib.

Qeyd edək ki, millimiz xorvatlarla martın 21-də səfərdə, litvalılarla isə martın 25-də Bakıda qarşılaşacaq.

Digər xəbərlər