Qurban Qurbanov: "Çempion olmaq az xalla da mümkündür" - Video

Qurban Qurbanov: "Çempion olmaq az xalla da mümkündür" - Video
Futbol, Video
10 Mart 2019 - 02:54
Supersport.Az premyer liqanın 20-ci turunda "Zirə"ylə oyunda xal itirən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.

- Hər iki komanda bir hissə daha yaxşı oynadı və 1 xala layiq idi. Xallarımızın üzərinə biri də əlavə edildi. "Zirə" son 3 matçda tam fərqli oynayır. Çətin anlar oldu hər iki komanda üçün. Bəzən düşündüyün hücumların 5-6-nı reallaşdıranda sevinirsən. Sadəcə, bu gün qol vura bilmədik. Qarşıdakı oyunlarımız daha yaxşı olacaq.

- Mahir Mədətovu hücumdan çox müdafiədə gördük...

- Mən belə görmədim. Ola bilər ki, ilk hissədə müdafiədə kömək edirdi. Ancaq fasilədən sonra sırf öndə çıxış etdi. Ola bilər ki, bəzən arxa xəttə köməklik göstərsin.

- Qış fasiləsindən sonra komanda keçirdiyi oyunların yarısında xal itirib. Bununla bağlı narahatlığınız varmı?

- Narahatlıq həmişə olur. Hətta qalib gəldiyimiz matçlarda belə. Xal itkiləri təkcə yanvardan sonra yox, dekabra kimi də var idi. Çempionluq üçün gərək daha çox xal toplayansan, daha yaxşı çıxış edəsən. Mövsümboyu bütün oyunlar çətin keçir. Digər illəri nəzərə alanda az xalla da çempion olmaq mümkündür.

- 90-cı dəqiqədə Rəşad Sadıqov 4-cü hakimə etiraz edirdi. Bu az vaxt əlavə edilməsi ilə bağlı idi?

- Elə də ciddi etiraz deyildi. Tam görmədim. Ola bilər ki, bununla bağlı fikir bildirsin.

- Mahir Mədətovun Yuinanıstanın AEK klubundan təklif aldığı ilə bağlı xəbərlər var...

- Son iki ildir ki, belə təkliflərin olduğu deyilir. Maraqlananlar ola bilər. Ancaq kluba rəsmi təklif gəlməyib.

- Ansi Aqolli sanki azarkeşlərlə vidalaşdı...

- Gedir ki, Aqolli? (Gülür) Ona təklif var. Ailəsi ABŞ-da yaşayır. Bu məsələ təxminən bir aya yaxındır ki, gündəmdədir. Aqolli hamımızın sevimlisidir. Ona görə də istərdim ki, gələcək həyatını yaxşı qursun. Hələlik son qərar verilməyib. Sadəcə, Ansi ilə mənim dialoqum olub. Qərar martın 15-dən sonra veriləcək.

- Komandanın xal itkilərinin çoxluğu çempionatın səviyyəsinin artması ilə bağlıdır, yoxsa "Qarabağ"ın zəifləməsi nə görədir?

- Komandalar bir-biri ilə çox görüşdükcə daha inamlı çıxış etməyə başlayır. Bu, dünyanın hər yerində belədir. Hər iki amilin təsiri ola bilər. Biz hər il daha güclü olmaq istəyirik. Hər bir halda futbolçularımızdan razıyam. Bəzi nöqsanları çıxsaq, hər şey məni qane edir.

Digər xəbərlər