Samir Abbasov: "Əsas odur ki, uduzmadıq" - Video

Samir Abbasov: "Əsas odur ki, uduzmadıq" - Video
Futbol, Video
10 Mart 2019 - 00:48
Supersport.Az Azərbaycan Premyer Liqasının 20-ci turunda "Qarabağ"la səfərdə qolsuz bərabərliyə qalan "Zirə"nin baş məşqçisi Samir Abbasov qaldıqları matçdan sonra mətbuat konfransını videogörüntüyə alıb.

41 yaşlı mütəxəssis uduzmadıqları üçün komandasından razı qaldığını bildirib.

"Əsas odur ki, uduzmadıq. Düzgün başa düşün, bu cür komandalara məğlub olmamaq qarşıdakı matçlara yaxşı motivasiya verir. Futbolçuların təkbətək mübarizələrdə özlərini necə göstərmələri vacib idi. İlk hissədə bu, super idi, rəqibi üstələdik. İkinci hissədə rəqibin təzyiqindən sonra "oturmalı" olduq. Əks-hücumlarda şanslarımızdan istifadə edə bilmədik.
Görüləcək işlər çoxdur. İnanıram ki, ən yaxşı olacağıq".

Digər xəbərlər